11 may 2012 21:33
Əvəzedicilər də mükafatlarına qovuşdular (FOTOREPORTAJ)
Bu gün əvəzedici heyətlərin çempionatında ilk üç yeri tutmuş komandalar da mükafatlandırılıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2011/2012-ci il mövsümünün qalibi olmuş "Neftçi" komandasına çempionluq kubokunu təqdim edib. “Qəbələ” gümüş, “İnter” isə bürünc medallarına qovuşub. (PFL)
