11 may 2012 21:45
Sadıq Sadıqov: İndi Çempionlar Liqasında layiqli çıxış etməliyik
“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov futbol üzrə Azərbaycan Premyer Liqasında qələbə münasibətilə komandaya çempionluq kubokunun təqdimetmə mərasimində açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, bütün kollektivə təşəkkür edən Sadıqov Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməyə çalışacaqlarını açıqlayıb:
“Ardıcıl ikinci mövsüm çempion olduğumuz üçün çox şadam. O qədər həyəcanlıyam ki, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Çempionat göstərdi ki, klublarımızın səviyyəsi artıb. İndi Çempionlar Liqasında layiqincə çıxış edərək, təkcə “Neftçi” azarkeşlərini deyil, bütün xalqımızı sevindirməliyik. Bu məqsədlə heyətimizi gücləndirəcəyik. Daha çox yerli oyunçulara üstünlük verəcəyik. Amma səviyyəli legionerlər də transfer edəcəyik”.
