12 may 2012 00:04
XL-la İnterin günü
Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün son turunun (32) oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günəndə birinci altılığın qarşılaşmaları baş tutdu və medalçılarla yanaşı, Avropa Liqasına iki vəsiqənin sahibi də tam müəyyənləşdi.
Formal xarketer daşıyan “Neftçi” – “Qəbələ” oyununda qonaqlar qələbə qazandılar. Sönük keçən oyunun taleyini bir qol həll etdi. 87-ci dəqiqədə əvəzedicilərin çempionatında 15 qol vurmuş Amil Yunanov rəqib qapısına yol tapmaqla, “Qəbələ”yə qələbə qazandırdı. Bununla da “Qəbələ” mövsümü 5-ci pillədə başa vurdu. Çünki günün digər oyununda da “Bakı” xalsız qaldığından 5-ci pillədəki mövqeyini qoruya bilmədi.
Digər iki oyun isə medalçıların və Avropa Liqasına vəsiqələrin taleyini həll etdi. “Xəzər Lənkəran” doğma meydanda “Qarabağ”ı qəbul edirdi. Son şansından yararlanmaq istəyən Ağdam klubu Avropa Liqasına vəsiqə qazanmaq üçün Lənkəranda mütləq qələbə qazanmalı idi. Lakin son üç ildə bu turnirdə bizi ən çox sevindirən komandamız bu şansı da əldən verərək, Avropadan kənarda qaldı.
Oyuna fırtına kimi başlayan lənkəranlılar artıq ilk yarıdan sonra 3:0 hesabı ilə öndə idilər. Fasilədən sonra dubla imza atan Eder Bonfim özünün ikinci, komnadasının dördüncü qoluna imza atdı. Bununla da ağdamlıların bütün ümidləri heçə endi. Az sonra Rauf Əliyev fərqi azaltsa da, “Qarabağ”ın bundan artığına gücü çatmadı. Bununla da “Xəzər Lənkəran” Premyer Liqanın gümüş medallarını qazanaraq, Avropa Liqasına vəsiqəni rəsmiləşdirdi. “Qarabağ” isə dördüncü pilləni tutmaqla Avropadan kənarda qaldı.
Digər vəsiqəni isə “İnter” əldə etdi. “Bakı”nı qəbul edən “bankirlər” 65-ci dəqiqədə Baçana Tsxadadzenin vurduğu yeganə qolla qələbəni bayram etdi. Bununla da “İnter” Premyer Liqanın bürünc medallarını və Avropa Liqasına vəsiqə qazandı. “Bakı” isə mövsümü 6-cı pillədə başa vurdu.
Qeyd edək ki, ikinci altılığın oyunları bu gün keçiriləcək və bununla da 2011/12 mövsümünə tam olaraq yekun vurulacaq.
Premyer Liqa
32-ci tur
11 may
NEFTÇİ – QƏBƏLƏ - 0:1 (0:0)
Qol: Yunanov, 87 (0:1)
Sarı vərəqələr: İqor Mireski, 49 (qeyri-idman hərəkəti). Ruslan Abışov, 70 (əl ilə oyun).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Munis Abdullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (8. Elşən Abdullayev, 80), 9. Flavinyo, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev (11. Cavid Hüseynov, 68), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qəbələ: 30. Qrem Smit, 7. Yaşar Abuzərov (29. Amil Yunanov, 80), 8. Bruno da Silva, 9. Viktor Mendi (38. Seymur Əsədov, 68), 11. Yannik Kamanan, 15. Nodar Məmmədov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 33. Saşa Yunisoğlu, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario (26. Daniel Lopes Kruz, 75).
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Sergey Sokolov, 10. Deon Burton, 25. Nuran Qurbanov.
Baş məşqçi: Fatih Kavlak.
XƏZƏR LƏNKƏRAN – QARABAĞ - 4:1 (3:0)
Qollar: Sadio Tounkara, 11 (1:0), Rendal Brenes, 21 (2:0), Eder Bonfim, 32 (3:0), Eder Bonfim, 65 (4:0), R.Əliyev, 70-pen (4:1)
Sarı vərəqələr: Stevan Bates, 26 (qeyri-idman hərəkəti). Elnur Allahverdiyev, 36 (qeyri-idman hərəkəti). Elvin Beqiri, 36 (qeyri-idman hərəkəti); 67 (qeyri-idman hərəkəti) – Georgi Adamiya, 13 (qeyri-idman hərəkəti). Vüqar Nadirov, 26 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elvin Beqiri, 67 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. Şəhər stadionu. 13500 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç (11. Andrey Mureşan, 80), 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara (18. Alim Qurbanov, 87), 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes (33. Stevan Bates, 70).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov. 7. Katalin Doman, 10. Elnur Abdullayev, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Yunis Hüseynov.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev (11. Rauf Əliyev, 46), 7. Namiq Yusifov, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 63), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (4. Zaur Həşimov, 61), 19. Muarem Muarem, 25. Ansi Aqolli, 24. Admir Teli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
İNTER – BAKI - 1:0 (0:0)
Qol: Baçana Tsxadadze, 65 (1:0).
Sarı vərəqələr: Baçana Tsxadadze, 66 (qeyri-idman hərəkəti) – Lukas Mario Horvat, 80 (kobud oyun).
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu. 350 tamaşaçı.
İnter: 90. Səlahət Ağayev, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 86), 9. Enyo Krastovçev (20. Girts Karlsons, 62), 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (22. Peter Xrappan, 73).
Ehtiyat oyunçular: 99. Anar Məhərrəmov, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 29. Əziz Quliyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Bakı: 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov (85. Namiq Ələsgərov, 69), 24. Nenad Kovaçeviç (8. Juninyo, 46), 25. Şəhriyar Əliyev, 99. Rəhman Hacıyev (98. Serxio Kontreras, 62).
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 4. Vadim Boret, 5. Vasif Rzayev, 32. Aleksey Savinov.
Məşqçi: Novruz Əzimov.
|
1
|
Neftçi
|
32
|
20
|
3
|
9
|
55 - 30
|
25
|
63
|
|
2
|
Xəzər L
|
32
|
17
|
8
|
7
|
44 - 28
|
16
|
59
|
|
3
|
İnter
|
32
|
16
|
8
|
8
|
29 - 21
|
8
|
56
|
|
4
|
Qarabağ
|
32
|
15
|
8
|
9
|
37 - 28
|
9
|
53
|
|
5
|
Qəbələ
|
32
|
15
|
7
|
10
|
43 - 32
|
11
|
52
|
|
6
|
Bakı
|
32
|
15
|
5
|
12
|
42 - 36
|
6
|
50
|
|
1
|
AZAL
|
31
|
11
|
8
|
12
|
43 - 44
|
-1
|
41
|
|
2
|
Rəvan
|
31
|
9
|
11
|
11
|
36 - 37
|
-1
|
38
|
|
3
|
Kəpəz
|
31
|
9
|
5
|
17
|
35 - 54
|
-19
|
32
|
|
4
|
Simurq
|
31
|
7
|
10
|
14
|
26 - 41
|
-15
|
31
|
|
5
|
Turan
|
31
|
6
|
7
|
18
|
26 - 41
|
-15
|
25
|
|
6
|
Sumqayıt
|
31
|
6
|
6
|
19
|
25 - 49
|
-24
|
24
|
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
11 - Yuri Fomenko (Kəpəz)
11 - Yuri Fomenko (Kəpəz)
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi)
