11 may 2012 11:26
Yığma komandamızın heyəti açıqlandı
Xəbər verdiyimiz kimi, mayın 15-dən 19-a qədər Kişinyov şəhərində təşkil olunacaq “FA of Moldova Cup” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq millimizin bu turnir üçün heyəti də açıqlanıb.
Baş məşqçi Təbriz Həsənov milliyə 20 futbolçu dəvət edib. Heyətə cəlb olunan futbolçuların adları ilə aşağıda tanış ola bilərsiz:
Həsənli Əli – «Qəbələ»
Qasımov Ağaseyid – «İnter»
Məhəmmədov Ravil – «Neftçi»
Qurbanov Qaziməhəmməd – «Anji» (Rusiya)
Nəsirov Budaq – «Turan»
Nəhavəndi Mansur – «İnter»
Hakimov Yusup – «Bakı»
Karabağlı Batıkan – «Kartalspor» (Türkiyə)
Səfərzadə İlyas – «Xəzər Lənkəran»
Abbasov Nicat – «Qarabağ»
İbazadə Ülvi – «İnter»
Məmmədov Təyyar – «Bakı»
Qaraxanov Pərviz – «Neftçi»
Süleymanov Ülvi – «Bakı»
Mustafayev Elnur – «Qarabağ»
Mədətov Mahir – «Bakı»
Əliyev Roman – «Akademiya Futbola» (Krasnodar, Rusiya)
Nəsibov Elvin – «Qarabağ»
Cəfərov Elnur – «Xəzər Lənkəran»
Muradbəyli Fəhmin – «Neftçi»
