11 may 2012 11:50

Premyer Liqa, 32-ci tur: Aslan Kərimovun proqnozu

Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov Premyer Liqanın 32-ci turunun oyunları ərəfəsində azerisport.az saytı üçün proqnozlarını açıqlayıb.

İnter – Bakı
Əgər obyektiv yanaşsaq, “Bakı”nın şansları çox azdı. Bu oyun ərəfəsində onların heyətində 4 yeni itki var. Buna görə də hesab edirəm ki, “zolaqlılar” üçün bu rəqibə qarşı ciddi mübarizə aparmaq çətin olacaq. Çünki “Bakı”dan fərqli olaraq, “İnter” hələ avrokuboklara vəsiqəni təmin etməyib və bu üzdən qələbə qazanmaq üçün əlindən gələni edəcək. Hesab edirəm ki, bu oyunda məhz “bankirlər” qələbə qazanacaqlar.

Xəzər Lənkəran – Qarabağ
Bu oyunun nəticəsini öncədən proqnozlaşdırmaq çox çətindi. Bəli, əlbəttə ki, “Xəzər Lənkəran”a bu oyunda daha asan olacaq. Çünki görüş onlara doğma olan Lənkəran şəhər stadionunda, öz azarkeşləri qarşısında baş tutacaq. “Xəzər Lənkəran” güclü komandadı və qələbə qazanmaq şansları yüksəkdi. Amma “Qarabağ”ın da şansı var. Əgər uşaqlar toparlana bilsələr, hər şey alına bilər. Bütövlükdə şanslar əllinin əlliyədi. Mən heç-heçə olacağını fikirləşirəm.
 
Neftçi – Qəbələ
Yəqin ki, “Neftçi” bu oyuna eksperimental heyətlə çıxacaq, gənclərə üstünlük verəcək. Çünki bu komanda vaxtından öncə çempionluğunu təmin edib və heç bir hədəfi qalmayıb. Prinsipcə, eyni sözləri “Qəbələ”yə də aid etmək olar. Bu görüş onlar üçün də heç nəyi dəyişmir. Sadəcə, onların qələbə istəyi daha çox ola bilər. Elə buna görə də, “Qəbələ”nin yeni çempionu məğlub edəcəyini proqnozlaşdırıram.
 
Rəvan – Sumqayıt
Hesab edirəm ki, “Sumqayıt” qələbəyə daha çox yaxındı. Ona görə ki, “Rəvan”a 3 xal ən azı rəqiblə müqayisədə o qədər də vacib lazım deyil. Amma sumqayıtlılar üçün bu, son pillədən qurtulmaq baxımından çox əhəmiyyətlidi. Əlbəttə, qonaqların qələbə şansları o qədər də çox deyil. Amma yenə də onların qalib gələcəyini düşünürəm.

Kəpəz – Simurq
“Kəpəz” “Simurq”dan güclüdü. Oyun da Gəncədə keçiriləcək. Orda meydan sahibləri həmişə yaxşı oyun sərgiləyirlər. Ona görə də “Kəpəz”in qələbəsini seçirəm.

AZAL – Turan
Burda da qalibi müəyyənləşdirmək çətindi. Əlbəttə, heyətinə, oyunçularının səviyyəsinə görə AZAL “Turan”dan daha güclü görünür. Amma tovuzluların da döyüşkən komandası var və hər oyunda sona kimi mübarizə aparmağı xoşlayırlar. Bunu onların son oyunlarına baxdıqda da görmək olur. Odu ki, bu oyunda da heç-heçə olacağını fikirləşirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.