11 may 2012 00:15
Ukraynanın çempionu müəyyənləşdi
Futbol üzrə Ukrayna çempionatının 2011/12 mövsümünün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bütün rəqiblərindən güclü çıxan “Şaxtyor” qızıl medallara sahib çıxıb.
Ötən gün baş tutan son turun “Oleksandria” ilə ev oyunundakı 3:0 hesablı qələbə Mirça Luçeskunun çalışdırdığı komanda üçün çempionluğu rəsmiləşdirməyə yetərli olub. Nəticədə, bu mövsüm yalnız Xarkov “Metallist”inə uduzan Donetsk klubu 79 xalla ikinci pillədə gedən Kiyev “Dinamo”sunu 4 xal qabaqlamağı bacarıb.
Qeyd edək ki, bu, “Şaxtyor”un tarixindəki 8-ci çempionluqdu. Ən maraqlı məqam isə bu 8 çempionluğun altıncısının da Luçesku ilə qazanılmasıdı. Yeri gəlmişkən əlavə edək ki, rumıniyalı mütəxəssisin komandası ötən həftə də Ukrayna kubokunu başı üzərinə qaldırmışdı.
