12 may 2012 15:00
Rəşad Sadıqov yenə Türkiyəyə gedir
“Qarabağ” dünən mövsümə yekun vurdu. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”la oyunda məğlubiyyətlə üzləşən komanda daha bir itki yaşadı.
Belə ki, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov oyunun sonuna yaxın zədələnərək meydanı yarımçıq tərk etməli oldu. Hər 3 dəyişiklik hüququndan yararlandığına görə komanda oyunu 10 nəfərlə bitirməli oldu. Sadıqovun aldığı xəsarətin ağır olması onun meydana qayıtmasını əngəllədi. İlkin müayinə 30 yaşlı müdafiəçinin vəziyyətinin qənaətbəxş olmadığını müəyyənləşdirib. Komandanın tibbi xidməti topuğundan aldığı zədənin dərəcəsini konkrektləşdirmək üçün Rəşad Sadıqovu Türkiyəyə yola salmağı uyğun görüb. Qardaş ölkədə müayinə olunacaq futbolçunun nə vaxt sıraya dönəcəyi məlum deyil.
