12 may 2012 18:10
“Son iki ildə Azərbaycan yığması xeyli inkişaf edib”
17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında rəqib komandanın baş məşqçisi Didzis Matiss görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:
“Ötən oyundan sonra da bu barədə danışmışdım, indi də xüsusi vurğulamalıyam ki, belə azarkeş dəstəyinə heyran olmamaq mümkün deyil. Hətta deyərdim ki, ilk oyunda böyük hesabla məğlub olmağımızda bu amil həlledici rol oynamışdı. Rəqibmizə gələcəkdə də uğurlar arzulayıram. Düşünürəm ki, son iki ildə Azərbaycan yığması xeyli inkişaf edib”.
