12 may 2012 20:29
“Turnir cədvəlində bir pillə qalxmaq bizim üçün vacib idi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 32-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 1:0 hesablı qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Bizim üçün çox vacib oyun idi. Futbolçularıma qalib gəldikləri üçün minnətdarlığımı bildirirəm. Turnir cədvəlində bir pillə qalxmaq bizim üçün vacib idi. "Kəpəz" komandası da sona kimi mübarizə apardı, rəqibə mübariz oyuna görə təşəkkür edirəm”.
