12 may 2012 11:26
Rauf Əliyev: XL-la oyunda düzgün taktika ilə oynamadıq
“Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 32-ci turunda “Xəzər Lənkəran”la oyundakı məğlubiyyətlərindən (1:4), eləcə də avrokuboklara vəsiqə qazana bilməmələrindən danışıb.
- Komandanızın Lənkəranda belə darmadağınla üzləşəcəyini gözləyirdizmi?
- Şübhəsiz ki, gözləmirdim. Avrokuboklar uğrunda mübarizədə bu qədər qol buraxmaq... Özü də nə qədər qol vəziyyətləri yaratdıq. Rəqibin bizə qarşı belə parlaq oyun keçirməsi həqiqətən gözlənilməz oldu.

- Birinci hissədə “Qarabağ” ümumiyyətlə meydanda yox idi...
- Həqiqətən də eləydi. Sanki hamı yerində donub qalmışdı və sadəcə bizə necə qollar vurulduğuna baxırdı. Yalnız ikinci hissədə özümüzə gəlib, hücumlar qurmağa başladıq. Onda da artıq gec idi.
- Bəs komanda niyə ikinci hissədəki oyunu ilk yarıda da nümayiş etdirə bilmədi?
- Səhvimiz onda oldu ki, oyuna çox ehtiyatlı başladıq. İstənilən halda qələbələr qazanan, daim hücum futbolu oynayan komanda üçün ikinci planda oynamaq bir qədər çətindi. Məni təəccübləndirən o idi ki, biz hətta buraxılan qollardan sonra da taktikada heç bir dəyişiklik etmədik.

- Bütün bunların nəticəsi kimi “Qarabağ” növbəti mövsümdə avrokuboklarda iştirak etməyəcək...
- Çox üzücüdü. Özü də üç ardıcıl uğurlu avrokubok mövsümündən sonra.
- Niyə təəssüflənirsiz? Axı komanda bu vəsiqəni qazana bilmədisə, deməli, layiq deyildi...
- Mən belə hesab etmirəm. Biz avrokuboklara gedən komandalardan zəif deyilik. Biz elə oyunlarda xal itirdik ki, həmin qarşılaşmalarda yüz faiz qələbə qazanmalıydıq. Məhz bu xal itkilərinə görə Avropa Liqasına gedə bilmirik. Bütün ümidlərimizi son tura saxlamamalı idik.
- Belə olanda halda yəqin ki, komandada dəyişikliklərə ehtiyac var...
- Buna mən qərar vermirəm. Bunun üçün bizim rəhbərliyimiz, məşqçilər korpusumuz var.
- Avrokuboklara vəsiqə qazanan komandalar barədə nə deyərdiz?
- Uğurlar arzulayıram. Qazandığımız uğurları təkrarlamalarını diləyirəm.
- Uğurlar arzulayıram. Qazandığımız uğurları təkrarlamalarını diləyirəm.