12 may 2012 11:54
Böyükağa Hacıyev: Sadıqovu Qurbanovdan ayıra bilmərəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az saytına müsahibəsində o, “Qarabağ”ın lideri Rəşad Sadıqovla bağlı bunları dilə gətirib:
“Mən çox istərdim ki, Rəşadı öz komandamda görüm. Yəqin ki, onu istənilən komandanın baş məşqçisi öz komandasında görmək istərdi. Amma indi bu, mümkünsüzdü. Onunla Qurban Qurbanov arasında dostluq yox, hətta qardaş münasibətləri var. Onları bir-birindən ayırmaq mənim tərəfimdən düzgün addım olmazdı. Çünki mən özüm də Qurbanla qardaş kimiyəm”.