12 may 2012 00:11

Sadıq Sadıqov: Qızıl dubl etmək istəyirik

“Neftçi”nin prezidenti Sadıq Sadıqov azerisport.az saytına müsahibəsində komandasının çempionluğundan danışıb, qarşıdan gələn “Bakı” ilə kubokun final matçına toxunub, Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.
 
- Geridə qalan mövsümü komandanız üçün necə dəyərləndirərdiz?
- Özünüz də gördüz ki, çempionat çox gərgin keçdi. Amma mövsümün sonuna 3 tur qalmış artıq qalib olacağımız bəlli idi. Xoşbəxtlikdən istəyimizə çatdıq, çempion olduq. İndi əsas hədəfimiz Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməkdi.
 
- Çempionat bitsə də, qarşıda sizi “Bakı” ilə Azərbaycan kubokunun final oyunu da gözləyir...
- Biz final oyununa böyük ümidlər bəsləyirik. “Qızıl dubl” etmək istəyirik. Komanda final oyununa ciddi hazırlaşır. Əlbəttə, bu titulu kimin qazanacağını indidən söyləmək hələ çox tezdi. Qalibi oyun müəyyənləşdirəcək. Amma biz kubokda da qələbə qazanmaq istəyirik.
 
- Mövsümlərarası fasilədə transferlər etməyi planlaşdırırsız?
- Transferlər olacaq. Biz bu məsələni artıq bir neçə aydı müzakirə edirik. Hansısa transfer yekunlaşan kimi, təbii ki, bu haqda sizə də məlumat veriləcək.

- Yəqin ki, forvard almağı planlaşdırırsız...
- Xeyr, bütün bu məsələlər məşqçilər korpusunun qərarından asılı olacaq. Bizə iki-üç mövqeyə futbolçu lazımdı. Hazırda bu yöndə axtarışlarımızı davam etdiririk. İlk növbədə yerli, gənc futbolçularla güclənməyə çalışırıq. Çünki Azərbaycan futbolunun gələcəyi onlarla bağlıdı.
 
- ÇL-in ötən mövsümündə “Neftçi” elə ilk cəhdində Zaqreb “Dinamo”suna məğlub olmuşdu. Bu dəfə yenə qarşınıza bu komanda çıxa bilər...
- Maliyyə imkanlarına, komandanın səviyyəsinə baxmayaraq, “Dinamo”nu keçilməz rəqib hesab etmirəm. Amma həmin vaxt Zaqrebdəki oyunda bizim qətiyyən bəxtimiz gətirmədi. Nəticədə də 3 cavabsız qolla uduzduq. 1 və ya 2 cavabsız qola da uduzsaydıq, onda mərhələ adlamaq şanslarımız daha çox olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.