13 may 2012 13:14

Raul rəsmən Qətər klubunda (FOTO)

İspaniya futbolunun canlı əfsanəsi Raul Qonzales özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, son mövsümü Almaniyanın "Schalke" klubunda keçirən Raul Qətərin "Əl-Sədd" komandası ilə anlaşıb.
 
Bununla bağlı xəbəri "Əl-Sədd"in rəsmi saytı da təsdiqləyib. Məlumatda deyilib ki, 34 yaşlı futbolçuyla 2012-2013-cü il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, daha çox “Real”dakı çıxışı ilə bütün dünyada tanınan Raul bu komandadakı ilk matçına 1994-cü ildə çıxmışdı. O, Madrid klubu ilə 6 İspaniya çempionluğunu, 3 dəfə Çempionlar Liqasını qazanmış, 16 il boyunca 228 qola imza atmışdı.
 
Son iki ili isə “Schalke”də keçirən futbolçu burda da yüksək səviyyəli oyunu ilə diqqət çəkdi, 66 matçda 28 qol vurdu. İspaniyalı ulduz indiyə Çempionlar Liqasında 71 qol vurub. O, həmçinin İspaniya yığmasında da 102 oyuna 44 dəfə fərqlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.