13 may 2012 14:18
Böyükağa Hacıyev: Mövsümün sonunda Neftçidən gedənlər olacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının çempionluğundan, eləcə də qarşıdakı kubokun final oyunundan danışıb.
- Karyeranızdakı ikinci çempionluqdan sonra özünüzü necə hiss edirsiz?
- Biz mövsümün əvvəlindən bəri bu hədəf üçün mübarizə aparırdıq və sonra Premyer Liqanı qalib başa vura bildik. Hər bir məşqçi üçün çempion olmaq çox böyük xoşbəxtlikdi. İlk dəfə çempion olmaqla müqayisədə çempionluq titulunu ardıcıl ikinci il qoruyub saxlamaq daha çətin olur. Bütün komandalar bizə qarşı ikiqat güclə mübarizə aparırdılar. Mənim növbəti hədəfim Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməkdi.

- “Bakı”dakı çempionluğunuzla bu dəfəki arasında nə kimi fərqlər var?
- “Bakı”da mən mövsümün gedişində komandanı qəbul etdim və səkkiz ardıcıl qələbə nəticəsində çempion olduq. “Neftçi” iləsə mən uzun və çətin bir marafon keçdim. Mövsüm boyu qələbələrlə yanaşı məğlubiyyətlərimiz də oldu.
- Mövsümün son iki oyununda məğlub olmağınız sizi narahat etmir?
- Əgər “Neftçi” qol vurmursa, onda uduzur. Biz hər oyunda qol vurmağa borcluyuq.

- Bu mövsüm hansı oyun daha çox yadınızda qaldı?
- Çempionatımızın səviyyəsi hər mövsüm qalxır. Hazırda biz öz səviyyəmizə görə artıq bir sıra Avropa ölkələrini qabaqlayırıq. Mənim daha çox yadımda qalan oyunlar “Qarabağ” və “İnter”lə görüşlərimizdi. Bu iki komandalarla görüşlərimiz həqiqətən əla alınırdı. Həmçinin “Qəbələ”nin də oyunu xoşuma gəlir.

- “Xəzər Lənkəran”la oyunlar yadda qalan olmayıb?
- Onlarla oyunlar digələrindən elə də ciddi fərqlənmirdi. Ona görə də daha çox yadımda qalan görüşlərimiz “Qarabağ”, “İnter” və “Qəbələ”yə qarşı olub.
- “Qarabağ”ın avrokuboklara çıxa bilməməsi ilə bağlı nə deyə bilərsiz?
- Mən buna görə çox təəssüflənirəm. “Qarabağ”la oyunlara həqiqətən xüsusi köklənirdim. Bu komanda ardıcıl üç mövsüm idi ölkəmizi avrokuboklarda uğurla təmsil edirdi. Qurban Qurbanov əla komanda yaradıb. Ola bilsin ki, yorğunluq və bəxtsizlik onların avrokuboklara düşməsinə mane oldu.

- Qarşıda sizi Azərbaycan kubokunun finalı gözləyir...
- Hər iki komanda qələbə qazanmaq istəyir. “Bakı” titul qazanmaq, “Neftçi” “qızıl dubl”a imza atmaq iddiasındadı. İstəyirəm ki, güclü qalib gəlsin.
- Keçmiş klubunuzun heyətində daha çox kimi təhlükəli hesab edirsiz?
- Bu komandada çoxlu yaxşı futbolçular var. Amma mən daha çox Aleksandr Şoliçdən ehtiyatlanıram. O, ən yaxşılardan biridi. Bizə ancaq Şoliç problem yarada bilər. Buna hazır olmalıyıq.
- Maraqlıdı, siz Julius Vobayın transferinin tərəfdarısız?
- Mən transferlərlə bağlı tələb etmirəm. Təklif edəndə bildirdim ki, komandaya kömək edə bilər. Vobay çempionatımızın ən yaxşı legionerlərindən biri idi. Onunla bizim hücum gücümüz arta bilər. Özü də bizə heyəti gücləndirmək lazımdı. Vobay “Neftçi”də əvvəlkindən də yaxşı oynayacaq.

- Rəşad Sadiqovun transferi ilə bağlı nə deyə bilərsiz?
- O, “Qarabağ”da özünü çox yaxşı göstərib. Rəşad haqda hər şeyi onun oyunu deyir. Sadiqov hər bir baş məşqçinin komandasında görmək istədiyi futbolçulardandı.

- Yerli çempionatdan daha hansı futbolçuları komandanızda görmək istərdiniz?
- Gizlətmirəm, mən çox istərdim ki, Rəşad Sadıqovu da öz komandamda görüm. Yəqin ki, onu istənilən komandanın baş məşqçisi öz komandasında görmək istərdi. Əla müdafiəçidi. Amma indi bu, mümkünsüzdü. Onunla Qurban Qurbanov arasında dostluq yox, hətta qardaş münasibətləri var. Onları bir-birindən ayırmaq mənim tərəfimdən düzgün addım olmazdı. Çünki mən özüm də Qurbanla qardaş kimiyəm.
- Mövsüm başa çatandan sonra komandadan gedənlər olacaq?
- Bəli, belələri olacaq. Amma bu adlar kubokun final oyunundan sonra açıqlanacaq. Eyni zamanda bir neçə futbolçu ilə danışıqlar aparırıq. Onların arasında yerlilər də var, əcnəbilər də.