13 may 2012 02:17
Borussia Dortmund kubokda da Bayerndən güclü oldu
Futbol üzrə Almaniya Kubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, final oyununda Almaniya çempionu “Borussia” (Dortmund) və gümüş medalçı “Bayern” klubları qarşılaşıblar.
Çempionluq yarışında “Bayern”ni geridə qoyan “Borussia” kubokda da üstün olub. Dortmund təmsilçisi Münhen klubuna divan tutub – 5:2.
Bu, “Borussiya”nın tarixində 3-cü ölkə kuboku olub. Dortmund klubu 23 illik fasilədən sonra ilk dəfə kuboku başı üzərinə qaldırıb. Xatırladaq ki, bu komanda 1965 və 1989-cu illərdə də eyni uğura imza atmışdı.
Almaniya kuboku
Final
12 may
Borussia (Dortmund) – Bayern - 5:2
Qollar: Kaqava, 3, Hummels, 41-pen, Levandovski, 45; 58; 81 –Robben, 25-pen, Riberi, 75.
