13 may 2012 15:16

Qəbələnin tarixində ən yaxşı nəticə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turunda “Neftçi”nin qonağı olan “Qəbələ” rəqib meydanında qələbə qazandı. Azerisport.az xəbər verir ki, 1:0 hesablı qələbə ilə səfər sindromunu qıran komanda üçün qarşılaşma başqa məqamlarla da yadda qalıb. Belə ki, mövsümün son matçı bəzi rekordlar, yubileylər və ilklərlə diqqət çəkib.
 
- “Qəbələ” Fatih Kavlakın rəhbərliyi altında Premyer Liqada 20-ci oyununu keçirdi. Bu matçlarda 11 qələbə, 4 heç-heçə və 5 məğlubiyyəti olan komanda 31 qol vurub 16-nı buraxıb.
 
- “Qəbələ” Fatih Kavlakın rəhbərliyi altında Premyer Liqada 10-cu səfər oyununu keçirdi. Bu matçlarda 4 qələbə, 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda 14 qol vurub 11-ni buraxıb.
 
- “Qəbələ” 2006/07 mövsümündə debüt etdiyi Premyer Liqada 65-ci qələbəsini qazandı. Komanda buna 172-ci matçında nail olub.
 
- “Qəbələ” Premyer Liqada 25-ci səfər qələbəsini qazanıb. Bu, 86-cı matçda gerçəkləşib.
 
- “Qəbələ” 69 günlük həsrətə son qoyub səfərdə qələbə qazandı. Komanda sonuncu dəfə təsnifat mərhələsinin martın 3-də baş tutan oyununda “Rəvan”la rəqib meydanındakı görüşdə qalib gəlmişdi – 4:0. Sonrakı 5 səfər matçında “Qəbələ” 2 heç-heçə və 3 məğlubiyyətlə barışmışdı.
 
- “Qəbələ”nin futbolçusu Seymur Əsədov karyerasında ilk dəfə klubun heyətində rəsmi matça çıxdı. Oyunun 68-ci dəqiqəsində meydana daxil olan Seymur komandanın tarixinə 132-ci futbolçu kimi düşüb.
 
- “Qəbələ” tarixində rəsmi matçlarda oynamış 132 oyunçudan 15-i Premyer Liqada oynamayıb. Bununla da Əsədov Premyer Liqada 117-ci oyunçu oldu.
 
- Stiv Olfers Premyer Liqada “Qəbələ” formasında 50-ci oyuna çıxıb. O, buna nail olan 10-cu futbolçudur: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya – 60, Vurğun Hüseynov – 58, Milan Antiç – 54, Azər Həşimov – 53, Kristian Torres – 52, Stiv Olfers – 50. 
 
-  “Qəbələ”də qol hesabını açan Amil Yunanov klub tarixində qol vuran 69-cu, Premyer Liqada komanda üçün qol vuran 50-ci futbolçu olub.
 
- Yunanov 18 yaş 9 ay 1 günlüyündə qol sevinci yaşamaqla “Qəbələ”də fərqlənən ən gənc futbolçulardan biri olub. Bu göstəricidə mütləq rekord isə Elnur Allahverdiyevə məxsusdur. Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun üzvünün həm adaş, həm də həmsoyadı olan futbolçu 7 il əvvəl rekord vurub. O, klub “Göy-Göl” adlandığı vaxt keçirdiyi ilk qarşılaşmada fərqlənib. 2005-ci il sentyabrın 21-də birinci dəstənin ilk turunun “Şərur”la oyununda meydana çıxan debütant 17 yaş 7 günlüyündə qol da vurub. Lakin Elnur aşağı dəstədə fərqləndiyindən Amil Premyer Liqada qol vuran ən gənc “Qəbələ”li futbolçu olub.
 
- 2011-2012 mövsümündə  baş tutan 4 “Qəbələ” – “Neftçi” duelinin 3-də ardıcıl qalib gələn qırmızı-qaraların mövsüm boyunca ən çox xal qazandıqları komanda da məhz çempion “Neftçi” oldu – 9 xal. 
 
- Bu qələbə sayəsində komanda Premyer Liqanı 5-ci pillədə bitirməklə tarixinin ən yaxşı nəticəsini göstərib. 2007/08 və 2009/10 mövsümlərində çempionatda 6-cı yeri tutan “Qəbələ” həmin rekordunu 1 pillə yeniləyib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.