13 may 2012 18:46
Böyükağa Hacıyev: Mənim püşkatmada iştirakım Neftçiyə uğur gətirəcək
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən qorxuram ki, təsnifat mərhələsində yenə Zaqreb “Dinamo”su ilə düşək. Düzdü, “Neftçi” bu komandayla da oyuna hazırdı. ÇL-in startına kimi tam hazır olacağıq, narahat olmayın. İyunda Nyon şəhərində təsnifat mərhələsinin püşkatması keçiriləcək. Orda şəxsən iştirak edəcəm. Əminəm ki, mənim ordakı iştirakım “Neftçi”nin xeyrinə işləyəcək və rəqib baxımından bəxtimiz gətirəcək”.