14 may 2012 12:31
Georgi Adamiya: Son ana kimi Avroliqaya gedəcəyimizə inanırdıq
“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Ağdam klubunun avrokuboklara düşə bilməməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Avropa Liqasına vəsiqə qazanmaq üçün son turda biz “Xəzər Lənkəran”ı məğlub etməliydik. Amma əvəzində böyük hesabla uduzduq. Yaxşı oyun sərgiləmək cəhdlərimiz alınmadı. Bu qədər erkən qollar buraxacağımızı da gözləmirdik. İlk hissədə üç qol buraxdıqdan sonra hesabda önə keçmək çox çətin olur. Son ana kimi inanırdıq ki, Avropa Liqasına vəsiqə qazana biləcəyik. İndi bu aqibətlə üzləşməyimizin səbəblərini yaxşıca analiz edib, növbəti mövsümə hazırlaşmaq lazımdı. Bir daha eyni səhvləri təkrarlamamalıyıq”.
