14 may 2012 14:50
Vaqif Cavadov: Bu komanda ilə çempion olmaq istəyirəm
“Qarabağ”ın yarımmüdafiəçisi Vaqif Cavadov Ağdam klubuna qayıtdıqdan sonrakı çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ”a keçid mənim üçün çox faydalı oldu. Təbii ki, bu, kənardan daha yaxşı görünə bilər. Amma bütövlükdə mövsümün ikinci hissəsini özüm üçün uğursuz hesab etmirəm. Düzdü, “Volqa”da qala, ordakı çıxışımı davam etdirə də bilərdim. Amma ailə vəziyyətim məni vətənə dönməyə məcbur etdi. Rusiya çempionatını kimlər izləyirdisə, bilirlər ki, mən demək olar hər oyunda meydana çıxırdım. Lakin mənim üçün birinci növbədə ailəm, sonra işimdi. “Qarabağ”la daha iki il müddətinə müqaviləm var. Bu komandayla Azərbaycan çempionu olmaq istəyirəm”.