13 may 2012 11:24
Vaqif Cavadov: Kimsə bunu sübut etsə, futboldan getməyə hazıram
“Qarabağ”ın yarımmüdafiəçisi Vaqif Cavadov azerisport.az saytına müsahibəsində uzun müddətli susqunluğu pozmasından, komandasının avrokuboklara gedə bilməməsindən, eləcə də yığmamızın baş məşqçisi Berti Foqtsla münasibətlərindən danışıb.
- Demək olar ki, yarım ildi heç kimə müsahibə vermirsiz. Bu, nə ilə bağlıdı?
- Düzünü desəm, bu qərara komandanın baş məşqçisi Qurban Qurbanovla birgə gəlmişdik. O vaxta qədər mənim haqqımda çox şey yazılırdı. Düzgün olmayan tənqidlər yazılırdı. Öz ünvanıma bəzi şeyləri eşitmək heç də xoş deyildi. Amma zamanla insan müdrikləşir və belə şeylərə daha az diqqət yetirməyə başlayır. Bu aylar mənim üçün çox faydalı oldu.

- Amma bu, komandanızın son turda “Xəzər Lənkəran”la oyununda qətiyyən faydalı olmadı...
- Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. Çünki bu görüş Avropa Liqasına vəsiqənin taleyini həll edirdi. Belə böyük hesabla uduzmağımıza səbəb erkən qollar buraxmağımızdı. “Xəzər Lənkəran” o görüşdə çox böyük istəklə mübarizə apardı. Biz də avrokuboklarda çıxış etməyi çox istəyirdik. Amma görünür qismət deyilmiş. Növbəti mövsümə hazırlaşmalı olacağıq.
- Hətta digər klubların azarkeşləri də məhz “Qarabağ”ın avrokuboklara getməsini arzulayırdı. Sizcə, avrokuboklara gedən klublarımız sizin son üç ildəki uğurlarınızı təkrarlaya biləcəklər?
- Mən bu barədə dəqiq nəsə deyə bilmərəm. Amma bütün təmsilçilərimizə uğurlar arzulayıram. Ümid edirəm ki, avrokuboklara gedən klublarımız ölkəmizi layiqincə təmsil edəcəklər.

- Bu mövsümü komandanız üçün boşa verilmiş saymaq olar?
- Düzdü biz avrokuboklara vəsiqə qazana bilmədik. Amma bunun da müəyyən səbəbləri vardı. Məsələn, biz çox təsadüfi hallarda meydana optimal heyətlə çıxa bilirdik. Mütəmadi zədələr komandanın çıxışına çox təsir edirdi. Ola bilsin ki, bu mövsüm avrokuboklara getməməyimiz komandanın xeyrinə işləsin. Artıq dörd ildi bu komanda sakitlik bilmir. İndi isə sakitcə hər şeyi düşünüb növbəti mövsümə daha yaxşı hazırlaşmağa çalışacağıq.

- Komandanızda ciddi dəyişikliklər olacağı bildirilir...
- Bunu baş məşqçimiz daha yaxşı bilər. Hər halda dəyişikliklərin olması mümkündü.
- Berti Foqtsla münasibətləriniz hazırda nə yerdədi?
- Mənim bu insanla heç bir problemim yoxdu. Sadəcə o vaxt sözümü dedim. İndi yenidən o məsələyə qayıtmağın mənası yoxdu.

- Siz milliyə qayıtmağa ümid bəsləmirsiz?
- Mənim son oyunlarımı hamı gördü. Özü üzərimdə işləyirəm. Bu, mənim ölkəmdi və uşaqlıqdan yığmada oynamağı arzulamışam. Hələlik vəziyyət elədi ki, mən yığmadan kənardayam. Amma həyat davam edir. Əgər yenidən komandaya lazım olduğumu düşünsələr, kömək etməyə hazıram. Bir daha təkrar edirəm ki, mən Azərbaycan yığmasından imtina etməmişəm. Əgər kimsə bunu sübut edə bilsə, mən futboldan birdəfəlik getməyə də hazıram.

- Mümkündü ki, almaniyalı sizi növbəti tsikl ərəfəsində milliyə qaytarsın, amma daha çox şey tələb etsin...
- Yığmaya ona görə yox, vətənimə görə qayıtmaq istəyirəm. Növbəti tsikldə oynamaq istəyirəm. Amma heyətdə olmasam da, komandamıza uğurlar arzulayıram.