14 may 2012 14:38
Yığma komandada baş məşqçi şoku
Futbol üzrə Belçika milli komandası baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın çalışdırıcısı Corc Leekens postundan gedib.
Leekensin bu addımına səbəb onun “Brugge” klubundan aldığı dəvət olub. Belə ki, almaniyalı Kristof Daumun istefasından sonra özünə yeni baş məşqçi axtaran Brügge klubu məhz yığmanın çalışdırıcısıyla anlaşıb. Bu üzdən də təcrübəli mütəxəssis milli komandanı kluba dəyişmək qərarına gəlib.Hansı ki, Leekensin bu addımı çox gözlənilməz olub. Belçika Futbol Federasiyası ilə uzun müddətli müqaviləsi olan mütəxəssisin işindən heç bir narazılıq olmadığı halda, o, millidən getməklə hamını təəccübləndirib.
“Brugge” yeni baş məşqçisi ilə 3 illik müqavilə imzalayıb. Leekens uzun illər futbol oynadığı bu komandanı 1989-1991-ci illər aralığına da çalışdırıb.
Maraq üçün xatırladaq ki, Leekens AÇ-2012-nin seçmə mərhələsində Belçika yığmasını millimizlə oyunlara çıxarmışdı. Ev oyununda yığmamızı məğlub edən bu mütəxəssisin komandası (4:1), Bakıda xal itirmişdi – 1:1.
