13 may 2012 12:41
Meksika yığması Azərbaycana gəlir (FOTO)
17 yaşadək qızlardan ibarət yığmalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatında iştirak edəcək daha bir komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, növbəti vəsiqəyə sahib çıxan komanda Meksika millisidi.
KONKAKAF zonasında çıxış edən bu yığma komanda son matçında Panama üzərində darmadağına imza atıb - 6:0. Bu, meksikalıların Bakıdakı mundiala vəsiqəni təmin etməsi üçün yetərli olub.
Qeyd edək ki, Meksikadan öncə sözügüdən mundialın daha 13 iştirakçısı bəlli idi. Azərbaycanla yanaşı dünya birinciliyində Çin, Yaponiya, Braziliya, KXDR, Kolumbiya, Nigeriya, Qana, Uqurvay, ABŞ, Kanada, Yeni Zelandiya və Qambiya da mübarizə aparacaq.
