13 may 2012 00:08
“Qısa müddət ərzində komanda dördüncü dəfə yığılıb”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 32-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 0:1 hesablı məğlubiyyətlə üzləşdiyi görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün həlledici oyun idi. Qısa müddət ərzində komanda dördüncü dəfə yığılıb. Gənc futbolçulara şans veririk. Futbolçularımı gözəl, baxımlı oyuna görə təbrik edirəm”.
