13 may 2012 00:24
“Bu oyun gələcəyə ümidlə baxmağımıza imkan verir”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 32-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Heyətdə problemlərimiz var. Bu oyun gələcəyə ümidlə baxmağımıza imkan verir. Əzmkar oyun nümayiş etdirən heyətə sahibik. Bu gün baxımlı oyunun şahidi olduq. Rəqibimiz futbol ənənələri olan bir komanda idi. “Turan”a uğurlar arzulayıram”.
