14 may 2012 13:36
Premyer Liqamızda final mərhələsinin ən yaxşısı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının final mərhələsinin ən yaxşısı “Qəbələ” klubu olub. Azerisport.az xəbər verir ki, Fatih Kavlakın komandası həlledici 10 qarşılaşmada hamıdan çox – 17 xal toplayıb. “Sumqayıt” isə hamıdan az – 9 xal qazanıb.
“Qəbələ” həm də “Rəvan”la birlikdə final mərhələsinin ən məhsuldar komandaları olublar – hərəyə - 16 qol. Bürünc mükafatçı “İnter” isə cəmi 8 qol vurub.
Final mərhələsində ən yaxşı müdafiəyə “Simurq” malik olub – 7 buraxılmış top. Qapısında 17 qol görən “Kəpəz” isə antirekordçu olub.
“Bakı” və “Qəbələ” hamıdan çox - 5 qələbə qazanıb. Paytaxt təmsilçisi həm də final mərhələsində heç-heçə etməyən yeganə komandadır. “Simurq”un isə 6 heç-heçəsi var. Zaqatala təmsilçisi həm də ən az uduzan komanda olub – cəmi 1 dəfə. Ən az – cəmi 2 qələbə isə “Sumqayıt”ın hesabındadır. “Kəpəz” isə 6 oyunu xalsız tərk edib.
Qeyd edək ki, final mərhələsinin 60 oyununda qapılara 137 qol vurulub. (PFL)
|
Qəbələ
|
5 2 3
|
16 - 9
|
17
|
|
Rəvan (Bakı)
|
4 4 2
|
16 - 10
|
16
|
|
Xəzər Lənkəran
|
4 3 3
|
11 - 9
|
15
|
|
Simurq (Zaqatala)
|
3 6 1
|
9 - 7
|
15
|
|
Bakı
|
5 0 5
|
15 - 14
|
15
|
|
AZAL (Bakı)
|
4 3 3
|
9 - 9
|
15
|
|
Turan (Tovuz)
|
3 5 2
|
13 - 9
|
14
|
|
Neftçi (Bakı)
|
4 2 4
|
10 - 13
|
14
|
|
Qarabağ (Ağdam)
|
3 3 4
|
10 - 14
|
12
|
|
İnter (Bakı)
|
3 2 5
|
8 - 11
|
11
|
|
Kəpəz (Gəncə)
|
3 1 6
|
9 - 17
|
10
|
|
Sumqayıt
|
2 3 5
|
11 - 15
|
9
|
