14 may 2012 01:29
Böyükağa Hacıyev: 4-5 yeni oyunçu alacağıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandasının qarşıdakı mövsüm üçün transfer siyasətindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hücum xəttini gücləndirmək fikrimiz var. Çünki Bahodir Nasimov zədələndiyindən, ön xəttə yeni oyunçu almağa ehtiyac yaranıb. Çilidən oyunçu gözləyirik. Bütövlükdə, 4-5 oyunçu almağı planlaşdırırıq. Hələlik ad çəkməyəcəm. Amma Çempionlar Liqasına qədər güclənməyə çalışacağıq”.