14 may 2012 13:51

“Bizim hələ mövsümü titulla bitirmək şansımız qalır”

“Bakı”nın müdafiəçisi Denis İvanov azerisport.az saytına müsahibəsində qarşıdan gələn “Neftçi” ilə Azərbaycan kubokunun final matçından danışıb, avrokuboklardakı şanslarını dəyərləndirib.
 
- “Neftçi” ilə final oyunundan nə gözləyirsiz?
- “Neftçi” yaxşı komandadı. Onlar artıq çempionluqlarını rəsmiləşdiriblər. Qızıl medalları qazanmaları onlara əlavə stimul verib. Bizdə isə çempionatda heç nə alınmadı. Bəzi problemlər daha yaxşı oynamağımıza mane oldu. Amma hələ mövsümü titulla bitirmək şansımız qalır.

- “Bakı” “Neftçi”nin qızıl dubl etməsinə mane ola bilər?
- Şanslarımız bərabərdi. Hər iki komanda qələbə qazanmaq istəyir. Amma nəticədə nə olacağı mayın 17-də bilinəcək. “Bakı” təsadüfi kubok komandası hesab olunmur. Final oyunlarını adətən yaxşı keçiririk. Bu statistikanı “Neftçi”ylə oyunda da davam etdirmək istəyirik.

- Çempionatın son turunda “İnter”ə məğlubiyyətinizə nə səbəb oldu?
- Bizim sadəcə bəxtimiz gətirmədi. Onlar qol vurduqdan sonra yaxşı müdafiə olundular. Ola bilsin ki, bizim bütün fikirlərimiz kubokun finalına yönəldiyindən oyunumuz da alınmadı.
 
- Bu oyunda Novruz Əzimov daha çox ehtiyatda qalan futbolçulara şans vermişdi...
- Onların hamısı “Bakı”nın futbolçularıdı. Şəxsən mən heyəti əsas və ya ehtiyat oyunçulara bölmürəm. Əgər kimsə əsas heyətdə meydana çıxmayıbsa, bu, komandanın həmin oyunçudan imtina etməsi anlamına gəlməməlidi.
 
- Sizin “Qarabağ”a kömək etmək şansınız da var idi...
- “İnter”lə oyuna qələbə üçün çıxmışdıq. Amma bunu “Qarabağ” üçün yox, özümüzə görə qazanmaq istəyirdik. Enində-sonunda bizim ağdamlılara heç bir borcumuz yox idi.
 
- “Bakı” avrokuboklara hazırdı?
-
Bəs siz düşünürsüz ki, bizim o dərəcədə gücümüz yoxdu?

- Biz hesab edirik ki, komandada əksər futbolçular ideal formadan uzaqdılar...
- Uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Sizin bu sualınıza Avropa Liqasındakı çıxışımızdan sonra cavab verəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.