14 may 2012 14:26
İnterin Avroliqaya hazırlıq planlarını açıqladı
Futbol üzrə Azərbaycan Premyer Liqasında mayın 11-də "Bakı" ilə son matçını keçirən "İnter" mövsümün başa çatması ilə futbolçularını istirahətə buraxıb. Azerisport.az xəbər verir ki, iyun ayının 1-dək istirahətdə olacaq komanda Türkiyədə bir araya gələcək və qardaş ölkədə iyun ayının 12-dək davam edəcək təlim-məşq toplanışı keçəcək.
İlk toplanışın başa çatmasından sonra futbolçulara 3 günlük istirahət veriləcək. İyun ayının 15-də isə komanda yenidən bir araya gələcək və ikinci təlim-məşq toplanışına yollanacaq. Toplanışın keçiriləcəyi yer hələlik dəqiq məlum deyil, ancaq “İnter”in Avropa ölkələrindən birinə yollanacağı gözlənilir. İkinci toplanış iyun ayının 29-dək davam edəcək.
Əlavə edək ki, bu toplanışlar Avropa Liqasında keçiriləcək oyunlara hazırlıq xarakteri daşıyacaq və komandanın ilk oyunu iyul ayının əvvəlində baş tutacaq.
