14 may 2012 15:28
Adamiya Qarabağdan ayrılıb, İnterə keçdi
“Qarabağ” gürcüstanlı hücumçusu Georgi Adamiya ilə müqavilənin müddətini uzatmayıb. Azerisport.az xəbər verir ki, mövsüm başa çatan kimi vətəni Gürcüstana yola düşən futbolçu klub rəhbərliyi ilə danışıqlar aparsa da, bu nəticəsiz başa çatıb.
Əldə etdiyi son məlumata görə, artıq Adamiyanın karyerasını harda davam etdirəcəyi də məlumdu. Belə ki, o, bundan sonra futbolçu karyerasını Bakının “İnter” klubunda davam etdirəcək. Hazırda tərəflər arasında danışıqlar gedir.
