14 may 2012 16:01
AZAL Nuqzar Kvrtiyanı yola saldı
Premyer Liqanın 7-ci pillədə başa vuran AZAL daha bir futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov Nuqzar Kvrtiyanı heyətdən kənarlaşdırıb.
O, Premyer Liqanın 31-ci turunun “Sumqayıt”la oyunundan sonra baş məşqçisinin qəzəbinə tuş gəlib. Nuqzar oyundan sonra məşqə qatılmaq üçün stadiona gəlsə də, hirsi soyumayan məşqçi onu meydançaya qoymayıb. Daha sonra isə Sadıqov onu “Turan”la oyuna buraxmayıb. Baş məşqçi bu futbolçunun komandanın heyətindən kənarlaşdırıldığını bəyan edib.
