14 may 2012 16:46
Sumqayıt da Premyer Liqada qalır
Premyer Liqanın 2011/12 mövsümünü sonuncu pillədə başa vuran “Sumqayıt” elitanı birbaşa tərk etməliydi. Lakin azerisport.az xəbər verir ki, Sumqayıt təmsilçisi yüksək liqadakı çıxışını davam etdirə bilər.
Məsələ burasındadı ki, bu mövsüm birinci divizionda çempion olan “Qaradağ Lökbatan”a AFFA tərəfindən müvafiq lisenziya verilməyib. Qaradağ təmsilçisinin bu məsələ ilə bağlı quruma ilk müraciəti müsbət cavablanmayıb.
Hazırda “Qaradağ Lökbatan” rəhbərliyi AFFA-nın bu qərarını dəyişdirməyə çalışır. Lakin onların bu cəhdi yenə faydasız qalsa, Bernard Raabın yetirmələri sonuncu olmalarına rəğmən, elitada qalacaqlar.
