14 may 2012 16:52
Qarabağ daha bir futbolçu ilə yollarını ayırdı
“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu Nderim Nedzipi ilə yollarını ayırmağa üstünlük verib.
Makedoniyalı futbolçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Nedzipi 2011-ci ilin yayından “Qarabağ”da çıxış edirdi. O, əvvəllər Almaniyanın “Herta”, “Volfsburq”, Makedoniyanın “Skopye” və Belçikanın “Lyerse” klublarında çıxış edib.
Bu “Qarabağ”ı tərk edən üçüncü futbolçu olub. Rəşad Sadiqov “Neftçi”yə, Georgi Adamiya “İnter”ə keçib.
