14 may 2012 18:09

“Növbəti illərdə Bakı, Neftçi, XL və İnteri də turnirə dəvət edəcəyik”

“Qəbələ” Futbol Klubu tanınmış Avropa komandalarının iştirakı ilə I Qəbələ Kuboku beynəlxalq turnirinin keçirilməsinə hazırlaşır. Azerisport.az xəbər verir ki, Azərbaycanda klub səviyyəsində təşkil olunmuş ilk mötəbər turnir kimi tarixə düşəcək 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasındakı birincilik ölkədə uşaq futbolunun inkaşafında yeni səhifə açacaq.
 
Turnir öncəsi fikirlərini bölüşən klubun vitse-prezidenti Fariz Nəcəfov sözügedən layihənin Azərbaycan futbolu və gənc futbolçuların inkişafı üçün önəmindən bəhs etdi:
 
“Qəbələ” Futbol Klubu yarandığı gündən uşaq futbolunun inkişafına xüsusi diqqət ayırıb. Çünki ölkədə futbolun istənilən səviyyəyə çatması və yerli futbolçuların yetişdirilməsi üçün bu başlıca amildir. Uşaq futbolunun inkişafı istiqamətində klub bir çox işlər görüb. Bu da növbəti layihələrdən biridir. Turnirin təşkilində də məqsəd uşaq futboluna töhfə verməkdir. Bizim bütün aşağı yaş komandalarımızın hər birisi ildə azı bir dəfə ölkə xaricində turnirlərdə iştirak edirlər. Bu da onların dünya görüşlərinin və təcrübələrinin artmasında, peşəkar futbolçu kimi yetişməsində əvəzsiz rol oynayır. Qəbələdə təşkil edəcəyimiz sözügedən  turnirdə də Avropanın tanınmış klubları iştirak edəcəklər. Bu da futbolçularımızın yetişməsi ilə yanaşı, ölkəmizin və Qəbələnin hüdudlarımızdan kənarda tanınmasına təkan verəcək. Azərbaycanın müxtəlif regionlarından olan gənc futbolçuların bir zamanlar xəyallarında yaşatdıqları “Qalatasaray”, “Vilyareal” kimi komandalar artıq Azərbaycanda görəcəklər. Bu da onların bir idmançı kimi özünəinamını artıracaq”.
 
Fariz Nəcəfov turnirin davamlı olaraq təşkil olunacağını və tanınmış Avropa klubları ilə yanaşı hər il müxtəlif yerli klubların da birinciliyə dəvət olunacaqlarını söylədi:
 
“Turniri hər il davamlı olaraq təşkil etməyi planlaşdırırıq. Bu il ölkəmizi turnirdə “Qəbələ” və “Qarabağ” təmsil edəcək. Təbii ki, istərdik turnirdə Azərbaycandan daha çox komanda təmsil olunsun. Amma komanda sayı məhdud olduğundan bu il sadəcə “Qarabağ”a dəvət göndərə bildik. Növbəti illərdə “Bakı”, “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” kimi aşağı yaş qruplarının inkişafına diqqət ayıran klubları turnirə dəvət edəcəyik”.
 
Turnirin yüksək səviyyədə təşkil olunacağını vurğulayan Fariz Nəcəfov AFFA-nın da layihənin reallaşdırılmasında kluba dəstək verdiyini dedi:
 
“Turnir yüksək səviyyədə təşkil olunacaq. AFFA-da bizə təşkilatçılıqda dəstək olacaq. Artıq futbol federasiyasının baş katibi Elxan Məmmədovla bu barədə görüşümüz olub və turnirin proqramını AFFA ilə razılaşdırmışıq. Klub daxilində bütün təşkilati işlər aidiyyatı şəxslər üzrə bölüşdürülüb.  İnanıram ki, I Qəbələ Kuboku turniri həm tamaşaçılar, həm də iştirakçılar üçün yaddaqalan hadisə olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.