14 may 2012 18:17
Neftçi Boliviya və Çilidən futbolçu alır
Azərbaycan çempionu “Neftçi” legioner futbolçularla danışıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun transfer siyahısına düşən oyunçular arasında Boliviya və Çilidən olan iki futbolçu da var.
Bunlar Rudi Kardoso və Yasmani Kamposdu. Kardoso İsrailin “İroni” klubunda çıxış edib. Lakin həm onun, həm də danışıqları davam etdirilən digər legionerlərin taleyinə yaxın gələcəkdə aydınlıq gətiriləcək.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin startına qədər transfer çalışmalarını yekunlaşdırmağı hədəfləyib.
