14 may 2012 18:41
Qəbələ - Qalatasaray görüşü açılış matçı oldu
Xəbər verdiyimiz kimi, 30 may - 4 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında I Qəbələ Kuboku beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq beynəlxalq turnirin qruplarının ardından təqvimi də bəlli olub.
31 may 18:00-da baş tutacaq açılış mərasimindən sonra ilk oyunda "Qəbələ" "Qalatasaray"la üz-üzə gələcək.
