14 may 2012 19:42
Super Liqanın iki iştirakçısı bəlli oldu
Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan iki klubun adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, TFF Liqanın qalibi “Akhisar Belediyespor” və “Elazığspor” Super Liqada yarışmaq imkanı qazanıb.
“Akhisar Belediyespor” dünən səfərədə iddialı “Çaykur Rizəspor”u yenərək, birinci liqada çempionluğunu elan edib. “Elazığspor” isə səfərdə “Konyaspor”a yenilərək çempionluq şansını itirsə də, Super Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, “Akhisar Belediyespor” gələn mövsüm ilk dəfə Super Liqada çıxış edəcək. “Elazığspor” isə 2002-2004-cü illərdə Super Liqada çıxış edib və 8 ildən sonra geri qayıdır.
Super Liqaya üçüncü vəsiqənin taleyi pley-off oyunlarından sonra müəyyənləşəcək. Pley-off-da “Kasımpaşa”, “Konyaspor”, “Çaykur Rizespor” və “Adanaspor” yarışacaq. “Adanaspor” “Çaykur Rizespor”la, “Konyaspor” “Kasımpaşa” ilə qarşılaşacaq və qaliblər Super Liqaya vəsiqə uğrunda oyunda üz-üzə gələcək. Pley-off oyunları 18-22 mayda, final isə 26 mayda keçiriləcək.
