15 may 2012 00:23
“Mən də intihar etməyi düşünmüşdüm”
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, Argentina yığmasının sabiq hücumçusu vaxtilə intihar haqda düşündüyü barədə şok açıqlama verib.
İtaliyada forma geydiyi dönəmdən qalan vergi borcları ilə əlaqədar başı dərddə olan əfsanəvi futbolçu sözügedən ölkədə bu səbəbdən intiharların artmasına münasibət bildirib. O, “mən də belə bir addım atmaq həddinə çatmışdım” deyib.
Hazırda Birləşmiş Ərəb Əmirliklərində “Al Wasl” klubunu çalışdıran mütəxəssis 1984-1991-ci illər aralığında İtaliyada forma geydiyi dönəmdə dövlətə təxminən 40 milyon avro vergi borcunu ödəməyib. 25 ildi bu səbəbdən zülm çəkdiyini bəyan edən Maradona eyni səbəblərdən artıq hər gün İtaliyada insanların özünə qəsd etməsini pisləyib:
“Məndən başqası bu vəziyyəti yaxşı başa düşə bilməz. 25 ildi mənə zülm edirlər. İnsanlığımı, idman imicimi ayaqlar altına ataraq məni günahkat elan etdilər. İnsanlığa bu cür zülmə son qoyulmalıdı”.
“Məndən başqası bu vəziyyəti yaxşı başa düşə bilməz. 25 ildi mənə zülm edirlər. İnsanlığımı, idman imicimi ayaqlar altına ataraq məni günahkat elan etdilər. İnsanlığa bu cür zülmə son qoyulmalıdı”.
Maraq üçün sonda onu da qeyd edək ki, Maradona bir ara narkotik aludəçisinə də çevrilmişdi və buna görə o, uzun müddət müalicə də olundu.
