14 may 2012 00:02

İngiltərə çempionatında möcüzəvi çempionluq!

İngiltərə Premyer Liqasında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
 
Çempionluğun taleyi Mançesterdə həll olunub. Lider “Manchester City” doğma meydanda “Queens Park”la görüşüb. Meydan sahibləri hesabı açmalarına rəğmən, fasilədən dərhal sonra üstünlüklərini əldən verərək məğlub duruma düşüblər. Son dəqiqələrə qədər qol vura bilməyən Roberto Mançininin komandasının uduzacağı düşünüldüyü bir vaxtda əls futbol möcüzəsi baş verib. Belə ki, əlavə dəqiqələrdə iki qol vuran “Manchester City” zirvədəki yerini qorumaqla çempionluğunu bayram edib. Liderin əsas izləyicisi “Manchester United”in “Sunderland” üzərindəki minimal hesablı qələbəsi isə heç nəyə yaramayıb. Bu komanda gümüş medallarla kifayətlənib. Bürünc medallara isə səfərdə “West Bromwich”ə qalib gələn “Arsenal” sahib çıxıb.
 
“Chelsea” mövsümü “Blackburn” üzərində qələbə ilə bitirdiyi halda, “Liverpool” “Swansea” ilə səfər matçında məğlub olub.
 
Premyer Liqanı tərk edən komandalara gəlincə, “Wolverhampton” və “Blackburn”ə son turda “Bolton” da qoşulub.
 
İngiltərə Premyer Liqası
38-ci tur
13 may
 
Chelsea – Blackburn – 2:1
Qollar: Terri, 31, R.Meyreleş, 34 – Yakubu, 60.
 
Everton – Newcastle – 3:1
Qollar: Pinaar, 16, Yelaviç, 27, Heytinqa, 65 – Hibbert, 73-öz qapısına.
 
Manchester City - Queens Park – 3:2
Qollar: Zabaleta, 39, Dzeko, 90+2, Aquero, 90+4 – Sisse, 48, Maki, 66.
 
Norwich - Aston Villa – 2:0
Qollar: Holt, 8, Cekson, 21.
 
Stoke City – Bolton – 2:2
Qollar: Uolters, 13; 79-pen - M.Deyvis, 40, K.Deyvis, 45.
 
Sunderland - Manchester United – 0:1
Qol: Runi, 20.
 
Swansea – Liverpool – 1:0
Qol: Qraham, 86.
 
Tottenham – Fulham – 2:0
Qollar: Adebayor, 2, Defo, 63.
 
West Bromwich – Arsenal – 2:3
Qollar: Long, 12, Dorrans, 15 – Benayun, 4, Santos, 30, Koşçielni, 55.
 
Wigan – Wolverhampton – 3:2
Qollar: Santo, 12, Boyçe, 14; 79 – Jarvis, 9, Fletçer, 86.
 
1
Manchester City
38
28
5
5
93 - 29
64
89
2
Manchester United
38
28
5
5
89 - 33
56
89
3
Arsenal
38
21
7
10
74 - 49
25
70
4
Tottenham
38
20
9
9
66 - 41
25
69
5
Newcastle
38
19
8
11
56 - 51
5
65
6
Chelsea
38
18
10
10
65 - 46
19
64
7
Everton
38
15
11
12
50 - 40
10
56
8
Liverpool
38
14
10
14
47 - 40
7
52
9
Fulham
38
14
10
14
48 - 51
-3
52
10
West Bromwich
38
13
8
17
45 - 52
-7
47
11
Swansea
38
12
11
15
44 - 51
-7
47
12
Norwich
38
12
11
15
52 - 66
-14
47
13
Sunderland
38
11
12
15
45 - 46
-1
45
14
Stoke
38
11
12
15
36 - 53
-17
45
15
Wigan
38
11
10
17
42 - 62
-20
43
16
Aston Villa
38
7
17
14
37 - 53
-16
38
17
Queens Park Rangers
38
10
7
21
43 - 66
-23
37
18
Bolton
38
10
6
22
46 - 77
-31
36
19
Blackburn
38
8
7
23
48 - 78
-30
31
20
Wolverhampton
38
5
10
23
40 - 82
-42
25

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.