14 may 2012 11:35
“Mövsümü Xəzər Lənkəran üçün uğurlu hesab etmirəm”
“Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim azerisport.az saytına müsahibəsində Premyer Liqanın yekunlarından danışıb, avrokuboklardakı şanslarını dəyərləndirib.
- “Qarabağ” üzərindəki 4:1 hesablı parlaq qələbə barədə nə deyərdiz?
- Bu matç haqda ancaq xoş sözlər demək olar. Komanda fantastik futbol sərgilədi. Şadam ki, qarşıya qoyulan hədəfə nail ola bildik.
- Belə böyük hesablı qələbə gözləyirdiz?
- Nəticə həqiqətən gözlənilməz alındı. Çünki biz çox güclü komandaya qarşı oynayırdıq. Amma bu qələbə bizim əməyimizin nəticəsidi. Müdafiədə belə inamlı oynayırsansa, hücumda qol vəziyyətlərindən yararlanırsansa, nəticə də gəlir.

- Bu oyunda sizə də dubl etmək nəsib oldu. Müdafiəçi ola-ola belə uğur hardandı?
- Hər kəs qol vurmağı sevir. Eləcə də mən. Aydın məsələdi ki, yaxşı oynadıqca qol vurmaq daha da asan olur. Ümid edirəm ki, gələcəkdə də vurduğum qollarla komandama çox kömək edəcəm.

- Bu qələbə sizi Avropa Liqasına çıxardı...
- Sizcə, belə azarkeş ordusu ilə komandamız avrokuboklara çıxmağa layiq deyildi? Bu, bizim haqqımızdı. Biz meydanda çalışdığımız vaxtda onlar da əllərindən gələni etdilər ki, uğur qazanaq.
- Son üç mövsümdə Azərbaycanın Avroliqadakı ən uğurlu təmsilçisi olan “Qarabağ”ın bu turnirdən kənar qalmasını necə qarşıladız?
- İstənilən halda avrokuboklara o komanda gedir ki, digələrindən buna daha çox layiqdi. Lakin əlbəttə, mən də təəssüflənirəm ki, belə bir komanda avrokuboklarsız qaldı.

- Bütövlükdə, bu mövsümü “Xəzər Lənkəran” üçün uğurlu sayırsız?
- Xeyr. Daha yaxşı nəticəyə imza ata bilərdik. Mövsümə çox yaxşı başlamışdıq. Amma sonradan işlər tam qaydasında getmədi. Bu mövsüm bir neçə dəfə baş məşqçi dəyişiklikləri də baş verdi. Yenə də hər şeyə rəğmən mövsümü major notlarla bitirə bildik. Növbəti mövsümdə daha inamlı oyunla bundan da yaxşı nəticə qazanmalıyıq.