14 may 2012 11:57
Azərbaycanın yeni çempionu Qızıl oyunda müəyyənləşəcək
Futzal üzrə Azərbaycan çempionatının Yüksək liqasında sonuncu – 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, son turda qeydə alınan nəticələr aşağıdakı kimidir:
«Araz» – «Qarabağ» 8:3
PSL – Qala 8:11
«Neftçi» İSM – Azecolab 15:5
Müvafiq olaraq, 1-ci və 2-ci yeri tutmuş «Araz» və «Neftçi» İSM komandaları eyni miqdarda – 58 xal topladığı üçün çempion «Qızıl oyun»da müəyyənləşəcək. Qarşılaşma mayın 16-da, saat 17:00-da, ABU Arena-da keçiriləcək.
