14 may 2012 00:28
Neftçinin potensial rəqibləri: məlum olmayan 3 ad var
Futbol üzrə Azərbaycan çempionatının ən güclü komandası adını qazanan “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqiblərinin siyahısı dolmaq üzrədi. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan çempionunun potensial rəqiblərindən yalnız üçü məlum deyil.
Bunlar Bolqarıstan, Slovakiya və Moldova çempionlarıdı. Qalan bütün potensial rəqiblərin adları bəllidi.
Bəri başdan qeyd edək ki, “Neftçi” ikinci təsnifat mərhələsinin püşkatması zamanı səpələnməmişlər sırasında yer alacaq. Bu isə o deməkdi ki, püşk Böyükağa Hacıyevin komandasının bəxtinə özündən daha güclü rəqibləri çıxarmış olacaq.
Bu mənada “ağ-qaralar”ın potensial rəqibləri arasında İsveçrə “Basel”inin adını xüsusi qeyd etmək lazımdı. Hansı ki, bu komanda ÇL-in cari mövsümünün 1/8 finalında Almaniyanın “Bayern” klubunu 1:0 hesabıyla məğlub etmişdi. Düzdü, artıq finalda İngiltərənin “Chelsea” klubu ilə qarşılaşacaq Münhen klubu doğma meydanda 7 cavabsız qolla “Basel”i mübarizədən kənarlaşdıra bilmişdi. Lakin istənilən halda İsveçrə çempionu “Neftçi” üçün kifayət qədər əzəmətli rəqib təsiri bağışlayır.

Diqqət çəkən daha bir klub İsrail çempionu “Ironi Kiryat Shmona” klubudu. Ölkəsində “qızıl dubl”a imza atan bu komandanı da sıradan rəqib kimi qəbul etmək olmaz. Ən azından ona görə ki, indiyə qədər avrokuboklarda üz-üzə gəldiyimiz İsrail təmsilçiləri klublarımız üçün əsl başağrı olmağı bacarıblar. Norveçin “Molde” klubu da eyni dərəcədə təhlükəli rəqiblərdən sayıla bilər. Hansı ki, “Manchester United”in keçmiş ulduzu Sulşerin rəhbərliyi altında uğurlu mövsüm keçirməkdədi.
“Neftçi”nin potensial rəqiblərinin siyahısında Zaqreb “Dinamo”sunun, Belqrad “Partizan”ının, Borisov BATE-sinin, Helsinki HİK-nin olması yəqin ki, heç kimi təəccübləndirmir. Elə təəssürat yaranır ki, sanki bu ölkələrdə başqa klublar yoxdu və sözügedən komandalar bu üzdən tez-tez ÇL-də iştirak hüququ qazanırlar.
Lakin siyahıda “Slask” kimi ekzotik klub da var. Polşa çempionatında 30 ildən çoxdu çempionluq sevinci yaşamayan bu komanda indi ÇL-də uğur qazanmaq istəyir. Eyni sözləri altı illik fasilədən sonra Çexiya çempionu olmuş “Slovan”a, Kiprin “AEL Limassol” klubuna da aid etmək olar.
Sonda “Neftçi”nin bütün potensial rəqiblərinin siyahısını təqdim edirik: Basel (İsveçrə), İroni Kiryat Shmona (İsrail), Slovan (Çexiya), Red Bull Salzburg (Avstriya), AEL Limassol (Kipr), Dinamo (Zaqreb, Xorvatiya), BATE (Belarus), Slask (Polşa), Molde (Norveç), Partizan (Serbiya), Helsingborg (İsveç), Zeljeznicar (Bosniya və Herseqovina), HJK (Finlandiya), Shamrock Rovers (İrlandiya).