15 may 2012 01:01
Beşiktaşın istədiyi baş məşqçi Rusiyanı seçdi
Rusiyanın “Spartak” və “Lokomotiv” klublarının baş məşqçi postunda dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, paytaxt Moskvanı təmsil edən komandalara yeni baş məşqçi təyin olunub.
Mövsümü ikinci pillədə başa vuran “Spartak”ı bundan sonra Unay Emeri çalışdıracaq. O, bu postda Valeri Karpini əvəzləyib. 40 yaşlı ispan mütəxəssis bundan əvvəl İspaniyanın “Lorka Deportiva”, “Almeriya” və son 4 ildə “Valencia” klublarına başçılıq edib.
“Lokomotiv”in baş məşqçi postu isə Slaven Biliçə tapşırılıb. 43 yaşlı xorvat mütəxəssis hazırda Xorvatiya millisinə başçılıq edir və AÇ-2012-dən sonra “Lokomotiv”in başına keçəcək. O, əvvəllər Xorvatiyanın “Hayduk” klubunu və U-21 yığmasını çalışdırıb. Biliç bundan əvvəl “Beşiktaş”ın hədəfinə düşsə də, Türkiyə klubuna keçidi reallaşmayıb.
