15 may 2012 13:12
AZAL yeni mövsümə Vaqif Sadıqovsuz başlayacaq
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın geridə qalan mövsümünün sonuncu – 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – “Qarabağ” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elvin Beqiri kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” matçının 18-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
AZAL – “Turan” matçının 18-ci dəqiqəsində “Turan”ın mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev, matçın 75-ci dəqiqəsində isə AZAL-ın baş məşqçisi Vaqif Sadıqov hakimin qərarına emosional şəkildə etiraz etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 1 oyunluq cəzalanıb, hər iki klub 1000 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Tales Şutz idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
