15 may 2012 01:24
Super Liqada daha bir baş məşqçi istefası
Futbol üzrə Türkiyə Super Liqasında mövsüm başa çatan kimi daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “İstanbul BB” Arif Ərdəmlə yollarını ayırıb.
Ötən gün klubun idarə heyəti ilə baş məşqçi arasında görüş keçirilib. Danışıqların nəticəsi olaraq tərəflər anlaşmanı qarşılıqlı olaraq ləğv ediblər.
Qeyd edək ki, “İstanbul BB” bu mövsümə çox yaxşı başlamışdı. Lakin komandanın baş məşqçisi Abdullah Avcı yığma komandanın sükanı arxasına keçdikdən sonra Arif Ərdəmə tapşırılan İstanbul klubu uğurlarının davamını gətirə bilmədi. Nəticədə, komanda avrokuboklara vəsiqə şansını da dəyərləndirə bilmədi. Hələlik “İstanbul BB” rəhbərliyi yeni baş məşqçi axtarışlarını davam etdirir.
