15 may 2012 13:24
İnter yeddi futbolçusu ilə yollarını ayırdı
Bakı “İnter”i bürünc medalla kifayətləndiyi mövsümün ardından təmizləmə əməliyyatına başlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq bir neçə futbolçusu ilə yollarını ayırıb.
Belə ki, bank klubunun baş məşqçisi Kaxaber Tsxadadze Girt Karlson, Enyo Krastovçev, Danildo Assioli, Bronislav Çervenka, Xəyal Mustafayev, Peter Xrappan və Ruslan Poladovun komandadan uzaqlaşdırılmasına qərar verib. Bu futbolçuların növbəti mövsümdən “bankirlər”in uğurları üçün çalışmayacağı artıq dəqiqləşib.
Bu yeddi oyunçu ilə yanaşı Vladimir Levinin də komandadan gedişi mümkündü. Kapitan klubla yeni müqavilənin şərtlərində razılığa gələ bilmir. Eyni zamanda Elnur Abdulovla Nizami Hacıyevin də “İnter”dəki aqibəti hələlik qaranlıq olaraq qalır.
