15 may 2012 13:43
Bakılıya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionda geridə qalan mövsümünün sonuncu – 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan birinci divizionunun 30-cu turunun “Şəmkir” – “MKT Araz” matçında “Şəmkir”in 4, “MKT Araz”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunublar.
“Energetik” – “Bakılı” matçında “Bakılı” iştirak etmədiyi üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və 500 manat cərimə olunub.
