15 may 2012 12:34
Premyer Liqada növbəti baş məşqçi istefası
Futbol üzrə İngiltərə Premyer Liqasında mövsüm başa çatan kimi daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Aston Villa” Aleks Maklişlə yollarını ayırıb.
Mövsümü 16-cı sırada bitirən klubun idarə heyəti şotlandiyalı mütəxəssisin getməsinə qərar verib. Makliş komandasını çətinliklə də olsa, elitada saxlamağı bacarsa da, o qədər də uğurlu mövsüm keçirməməsi postunu itirməsiylə nəticələnib.
Hələlik komandanın yeni baş məşqçisinin kimliyi dəqiqləşməyib. Amma böyük ehtimalla “Aston Villa”nı bundan sonra Roberto Martines çalışdıracaq. Daha bir alternativ qismində isə Brendan Rocers göstərilir.
Maraq üçün xatırladaq ki, Makliş ötən mövsüm “Birmingham City” ilə Liqa kubokunu qazanmışdı.
