15 may 2012 14:02
Bakının futbolçusuna iki oyunluq diskvalifikasiya
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının geridə qalan mövsümünün sonuncu – 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 32-ci dəqiqəsində Xəzər Lənkəran”ın futbolçusu Cəmil Rəhimli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Neftçi” – “Bakı” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Bakı”nın futbolçusu Mahir İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
