15 may 2012 15:11
Çempiondan tələbələrlə görüş (FOTOREPORTAJ)
Azərbaycan çempionu olan "Neftçi"nin rəhbərliyi, məşqçilər korpusu və futbolçuları, Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbələri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə klubun vitse-prezidenti Tahir Süleymanov və baş məşqçi Böyükağa Hacıyev "Neftçi"nin əvvəlki əzəmətini qaytarmasından danışıblar. Daha sonra Akademiyanın rektoru Hüseyn Qaraşov çıxış edərək, "Neftçi"ni qazanılmış 7-ci çempionluq münasibətilə təbrik edib. Tədbirin təşəbbüskarı olan Akademiya tələbələri, azarkeşlik etdikləri "Neftçi"nin futbolçuları ilə mütəmadi görüşmək istədiklərini deyiblər. Klub rəhbərliyi də öz növbəsində bu təklifi müsbət qarşılayıb. Görüş zamanı tələbələr futbolçulara onları maraqlandıran suallarla müraciət ediblər. Daha sonra tələbələrə "Neftçi"nin formaları paylanıb.
