15 may 2012 15:25
Aleksandr Starkov Bakının futbolçusuna dəvət göndərdi
Futbol üzrə Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov Polşaya qarşı keçirəcəkləri yoxlama oyunu üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, millinin çalışdırıcısı Azərbaycan Premyer Liqasından da oyunçu seçib.
Belə ki, o, “Bakı”nın müdafiəçisi Denis İvanova da dəvət göndərib. Sözügedən qarşılaşma may ayının 22-də keçiriləcək.
Maraq üçün xatırladaq ki, “Bakı”nın sabiq baş məşqçisi olan Starkov paytaxt klubundan bu mövsümün sonuna yaxın ayrılmışdı.
